Tarif Şurası suyun qiymətini qaldırdı

Tarif Şurası suyun qiymətini qaldırdı
2016-cı il 13 may tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.

Şuradan "Marja"ya daxil olmuş məlumata görə, "Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl 30 qəpik), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl 25 qəpik), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat (əvvəl 12 manat) müəyyən edilmişdir.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik (əvvəl 6 qəpik), qeyri-əhali üzrə 1 manat (əvvəl 30 qəpik) səviyyəsində təsdiq olunmuşdur.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılmasıməqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilmişdir.

İclasda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilmişdir.

Yeni tariflər 2016-cı il 16 may tarixindən qüvvəyə minəcəkdir.

PULSUZ TƏLİM HESABI AÇIN, 100.000$ VİRTUAL PUL İLƏ SƏRMAYƏ YATIRMAĞI ÖYƏRİNİN!

OXŞAR XƏBƏRLƏR

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...

Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq

“Rusiya və Azərbaycanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək”.   Sfer...

Məhəmmədəlinin anasından VİDA VİDEOSU

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində və...

Kanada ABŞ-nin 51-ci ştatı ola bilər - Prezidentdən AÇIQLAMA

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olmasını yenidən təklif edib.    Sfera.az xəbər verir ki, bu barədə ...

Şəhid anaları "Əshabi-Kəhf"də təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudu - VİDEO

Bu gün “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində əfsanəvi generalımız Polad Həşimovun anası Səmayə ana Naxçıvanın qəhrəman şəhid oğullarının v...

Bakıya gətirilən daha 7 yaralı Yeni Klinikaya YERLƏŞDİRİLDİ -VİDEO

AZAL-a məxsus təyyarə qəzasında xəsarət alanlardan növbəti 7 nəfər Yeni Klinikaya yerləşdirilib. Sfera.az xəbər verir ki, onlar Aktaudan AZAL-ın xüsus...