Ərdoğan İrana səfər edəcək

Dünya
13:05 / 29.01.2021
1180
Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.
Sfera.az xəbər verir ki, konfrans zamanı İran XİN rəhbəri Cavad Zərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfərinin gözlənildiyini açıqlayıb.
"Ticarət əlaqələrini köhnə günlərə qaytaracağıq. Bu gün tranzit, ticarət və enerji məsələlərində əməkdaşlığı müzakirə etdik. Əsas məqsədimiz iki ölkədə çalışan şirkətlərin problemlərini qarşılıqlı həll etmək idi. Türk şirkətlərinin İranda olması bizim üçün çox vacibdir.
Hörmətli Ərdoğanın İrana gəlməsini gözləyirik və bunun üçün bir tarix elan edəcəyik. Eyni zamanda, Astana formatında əməkdaşlığımızı davam etdiririk. Bu gün dialoq Suriyadakı müharibəni əvəz etdi”.