Əyani tədris alan şagirdlər üçün distant dərslər yenidən keçiriləcək?

Əyani tədris alan şagirdlər üçün distant dərslər yenidən keçiriləcək?
Təhsil Nazirliyi fevralın 1-dən əyani tədris formasının tətbiqi ilə əlaqədar şagirdlərin həftənin müəyyən günlərində yenidən distant dərslər keçib-keçməyəcəyinə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki,Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Trend-in sualına cavab olaraq deyib ki, sinif yarımqruplara bölünməsə, şagirdlər həftədə 5 dəfə dərsə gələcəklər. Şagirdlər bu halda nəzərdə tutulan bütün dərs saatlarını əyani formada keçəcəklər:

"Əgər sinif iki yarımqrupa bölünürsə, bu, o deməkdir ki, o sinifdə işləyən müəllimin dərs yükü iki yarımqrup arasında bərabər bölünür. Məsələn, fənn üzrə dərs saatı 22 saatdırsa, 11 saat bir yarımqrupa, 11 saat digər yarımqrupa ayrılacaq”.

V.Yaqublu əlavə edib ki, sinif iki yarımqrupa bölündüyü halda müəllimin əlavə dərs keçməsi üçün dərs saatı qalmır. Lakin müəllim bəzi hallarda əyani dərs saatının əvəzinə distant dərs də keçə bilər:

"Əgər Azərbaycan dili həftədə 9 saatdırsa, müəllim onu tən yarı böləndə bir yarımqrupa bir həftə 4 saat, o biri yarımqrupa 5 saat əyani dərs keçə bilər. Növbəti həftədə isə bunu dəyişməklə birinci qrupa 5, digər qrupa 4 saat əyani formada Azərbaycan dili dərsi keçə bilər. Yaxud hər iki qrupa 4 saat olmaqla əyani dərs keçilə bilər, bir saat isə ümumi qrupa internet üzərindən tədris oluna bilər. Bu, məktəb və müəllimin seçimindən, imkanlardan asılıdır. Əgər distant dərs keçmək imkanı yoxdursa, teledərslərdən yararlanmaq olar. Hər bir sinif üzrə həftədə iki dəfə teledərs yayımlanır”.

Xatırladaq ki, fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif səviyyəsi, ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qrupları və icma əsaslı qruplarda tədris qismən başlanılacaq. Həmin tarixdən ölkədə 1-4-cü sinif şagirdləri məktəbə gedəcəklər. Böyük şəhərlərdə şagirdlər həftədə 3, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla əyani tədrisə cəlb olunacaqlar.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...