Türkiyənin məşhur futbolçusu karantini pozduğu üçün cərimələndi - VİDEO

Türkiyənin məşhur futbolçusu karantini pozduğu üçün cərimələndi - VİDEO
Türkiyə milli komandasının keçmiş futbolçusu Tanju Çolak karantin qaydalarını pozub.

Sfera.az xəbər verir ki, veteran hücumçu dostları ilə birgə restoranda nahar edərək, sosial şəbəkədə paylaşıb. O, həmin videoda yeməyi belə tərifləyib: "İki dünya savaşı, dörd dünya çempionatının finalını gördüm, amma belə bir qaz görmədim".

Faktla əlaqədar araşdırmala başlanılıb. Məlum olub ki, görüntülər yanvarın 27-də İstanbuldakı restoranların birindəndir. Nəticədə obyekt sahibi və nahar edənlər ümumilikdə 13 876 türk lirəsi (3 219 manat) cərimələniblər.

Qeyd edək ki, Tanju Çolak futbolçu karyerası ərzində "Samsunspor", "Qalatasaray", "Fənərbağça" və "İstanbulspor" klublarının formasını geyinib. O, 1984 - 1991-ci illərdə Türkiyə millisində oynayıb. Çolak Türkiyə çempionluğu və kubokundan əlavə, bir sıra fərdi nailiyyətlərə imza atıb. Onun ən böyük uğuru isə 1987/1988 mövsümündə 39 qolla Avropanın ən yaxşı bombardiri sayılmasıdır. (Report)


OXŞAR XƏBƏRLƏR

Cənubi və Şimali Koreya sərhəddində gərginlik: 10 əsgərə atəş açıldı

Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik yenidən artıb. Cənubi Koreya ordusu 10 Şimali Koreya əsgərinin sərhəd xəttini keçməsindən sonra xəbərdarlıq a...

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmə...

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Yağış yağacaq, güclü külək əsəcək, temperatur 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun öt...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...