Azərbaycan yığmasının AVRO-2023 rəqibləri məlum oldu

16:44 / 28.01.2021
1446
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Sfera.az-ın məlumatına görə, final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq AVRO-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.
Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb.
Milli komandamız qrupda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələnin görüşləri 2021-ci il martında başlayacaq.