Təhsil naziri bu tarixdə vətəndaşların suallarına cavab verəcək
Təhsil
13:25 / 28.01.2021
1570
Yanvarın 30-u saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook” səhifəsi üzərindən "Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandıracaq.
Sfera.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sualları (şəxsi müraciət tipli suallar istisna olmaqla) yanvarın 29-u saat 18:00-dək rəy bölməsində qeyd etmək lazımdır.