Şuşa fəthi orta məktəb dərsliklərində - Ekspertdən təklif

Şuşa fəthi orta məktəb dərsliklərində - Ekspertdən təklif
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən hesab olunur. Bu qürurverici tarixi hadisənin təqdimatı və gələcək nəsillərə ətraflı şəkildə çatdırılması zəruri addımlardandır.

Xüsusilə Şuşa fəthi ilə bağlı təfərrüatların dərsliklərdə yer alması arzulanandır.

Maraqlıdır, bəs bu mövzular orta ümumtəhsil məktəblərində dərsliklərə hansı formatda salınmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov Vətən müharibəsi mövzusuna bütün fənnlər üzrə xüsusi yer verilməsinin vacibliyini bildirib:

"Vətən müharibəsinin hər günü, hər anı Azərbaycan vətəndaşının yaddaşına həkk edilməlidir. 44 günlük Vətən müharibəsi şagirdlərimizə geniş şəkildə çatdırılmalıdır. Amma bu zaman bütün yük bir fənnin üzərinə salınmamalıdır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı şöbəsi informasiyaları dərsliklər arasında bölməlidir.
 
Orta ümumtəhsil məktəblərində məsələn, tarix dərsliyində Vətən müharibəsində gedən döyüşlər, şəxslər barədə məlumat verilməldirsə, hərbi hazırlıq dərsində döyüş taktikaları, istifadə edilmiş silahlar, onların növləri kimi məsələlərə yer vermək lazımdır.
 
Ədəbiyyat dərsliklərində müharibə dövründə gedən döyüş səhnələrini canlandıran hekayələr, şeirlər,  hadisələri özündə əks etdirən mətnlərə yer ayrılmalıdır. Bundan başqa Azərbaycan dili dərsliyində, riyaziyyat hətta informatika dərsliyindəki çalışmalarda belə bu mövzulara toxunmalı, məsələlər verməliyik”.
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...