Günay özünü indi də Nanəyə bənzədir? - Oxşarlıq göz önündə

Günay özünü indi də Nanəyə bənzədir? - Oxşarlıq göz önündə
ATV-də yayımlanan "10-dan sonra" verilişində müğənni Günay İbrahimlinin plastik əməliyyat nəticəsində özünü teleaparıcı Nanə Ağamalıyevaya oxşatması müzakirə olunub.

BiG.AZ xəbər verir ki, verilişin aparıcısı Yusif Ağayev teleaparıcı Nanə Ağamalıyevaya üzünü tutaraq -"deyirlər ki, Günay İbrahimli özünü sənə bənzədir..."

N.Ağamalıyeva bunu normal qarşıladığını dilə gətirib:

"Ola bilər. Normal qəbul edirəm. Mən heç vaxt xarici görünüşümlə yadda qalmaq istəməmişəm. Həmişə verilişlərimlə istəmişəm yadda qalım. Amma "Nanəli" verilişimə bənzər verilişlər etmək istəyənləri görürəm. İki cümləni bir-birinə calayıb danışa bilməyən həmkarlarım da var. Sadəcə olaraq, o cür insanlar boşluq olan dönəmlərdən istifadə etməyi yaxşı bacarır. Türkiyədə olanda seyr edirdim və deyirdim ki, "Aman allah, mənim bu qədər uğurum var idi, amma öyünərək bunları danışmırdım. Kaş ki, etsəydim deyirdim. Çünki, "kiçik uğurlarına sığınıb" özünü piar edən aparıcılar da gördüm. Çox şükür ki, mən belə deyiləm". 



OXŞAR XƏBƏRLƏR