Xələf Xələfov: Torpaqlarımız üçün bütün imkanlardan istifadə edəcəyik

Xələf Xələfov: Torpaqlarımız üçün bütün imkanlardan istifadə edəcəyik

 

Hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib. 

Sfera.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı çıxışında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. 

X. Xələfov bildirib ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur.

"Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Mən 1992-ci ildə Helsinkidə qəbul olunmuş siyasi formatın yaradılmasına dair qərar barədə danışmaq istəyirəm. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var. Mən bəzi məqamları da ilk dəfə açıqlayacağam. 

Çox təəssüf ki, Helsinkidə qərar qəbul edilən zaman bunu Dağlıq Qarabağ münaqişəsi adlandırdılar. Bu, ikili standart idi. Azərbaycan hakimiyyəti o dövrdə bunun qarşısını ala bilmədi. Əslində bu, Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir, bunun kökündə də Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğalı dayanır.

Ermənistanın müstəqillik aktında da Dağlıq Qarabağın Ermənistana birləşməsinə istinad etmişdilər. Ermənistan dövlət kimi Qarabağa ərazi iddialarını ilk mərhələdə irəli sürmüşdü”, - deyə X.Xələfov bildirib.    

X. Xələfov qeyd edib ki, 24 ildir ATƏT-in Minsk Qrupu bu prosesi aparır, amma bu müddət ərzində hər hansı təsirli addım atılmayıb. O, 1994-cü ildə atəşkəs sisteminin yaradıldığını söyləyib.

"Amma Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin.

Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib”, - deyə nazir müavini vurğulayıb.

X. Xələfovun sözlərinə görə, Avropa İttifaqı bu gün 1 milyon qaçqının qarşısında özünü itirib, ancaq Azərbaycan təkbaşına qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlib. O deyib ki, Ermənistanın aprel ayının əvvəlində ağır silahlardan istifadə etməkdə məqsədi yeni məcburi köçkün axını yaratmaq olub.

"Bunun çox ağır nəticələri ola bilər. İnanıram ki, dünya birliyi, Avropa İttifaqı, dünyanın aparıcı dövlətləri bunun nəticələrini dərk edir. Ona görə də dünya birliyi atəşkəsin əldə edilməsinə nail olmağa çalışdı. Bu hadisələr zamanı təcavüzkar dövlətin əsl simasını gördülər.

Azərbaycan o hadisələr zamanı birtərəfli atəşi dayandırdı, lakin Ermənistan itirilmiş mövqeləri qaytarmaq üçün hücuma keçdi. Fəxr edirəm ki, bu dəfə də Azərbaycan ordusu torpaqlarımızı, vətəndaşlarımızı qorudu.

Atəşkəs nisbi də olsa, bərpa edildi. Mənə xarici ölkələrdə deyirlər ki, bu necə atəşkəsdir, gündə yüz dəfə pozulur? Biz torpaqlarımızı azad etmək üçün bütün imkanlardan istifadə edəcəyik”, - deyə X.Xələfov qeyd edib..


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...