Kann Festivalı yenə təxirə salındı

Dünya
22:13 / 27.01.2021
2313
Ötən il pandemiya səbəbiylə ləğv edilən Kann Film Festivalı may ayından iyul ayına təxirə salınıb.
Sfera.az xəbər verir ki, təşkilatçılar bu il festivalın 6-17 iyul tarixlərində keçiriləcəyini elan ediblər.
Onlar bu və ya digər şəkildə festivalı keçirmək niyyətindədirlər. Hansı formada ola biləcəyi barədə məlumat verilmir.