Ermənistanda ümumxalq etiraz aksiyası keçiriləcək

Dünya
21:45 / 27.01.2021
2276
Ermənistanın 17 müxalifət partiyasını birləşdirən "Vətənin xilası uğrunda" hərəkat baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 18-də ümumxalq etiraz aksiyası keçirəcək.
Sfera.az xəbər verir ki, ötən gün hərəkatın iclası keçirilib. İclasda böhrandan çıxmaq üçün yol xəritəsi təqdim edilib, Ermənistanın bütün siyasi qüvvələrinə sənəd əsasında razılığa gəlmək təklif olunub.
Tədbirdə ümumxalq mitinqinin keçirilməsi ilə bağlı təşkilati məsələlər də müzakirə edilib.
Diqqətə çatdırılıb ki, parlamentə növbədənkənar seçkilər yalnız Paşinyanın istefasından və keçid hökumətinin formalaşdırılmasından sonra baş tuta bilər. (Unikal.org)