Azərbaycanın İnterpolla axtardığı iki şəxs ölkəyə gətirildi

Azərbaycanın İnterpolla axtardığı iki şəxs ölkəyə gətirildi
Rusiya Federasiyasından iki nəfər Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan Sfera.az-a bildirilib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynov Sadiq Telman oğlu 2012-2013-cü illər ərzində Şamaxı şəhərində digər şəxslərlə əlbir olaraq 2 şəxsi öldürməyə cəhd edib, Şamaxı şəhərində oğurluq və xuliqanlıq cinayətlərini törədib və həmçinin, 26.03.2013-cü il tarixdə istintaq təcridxanasında saxlanıldığı zaman qadağan olunmuş əşya olan mobil telefondan istifadə edib.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məmmədov Əhməd İbrahim oğlu 2014-cü il ərzində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Baş Prokurorluğun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Sadiq Hüseynov və Əhməd Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunublar.

OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...