Navalnıya dəstək mitinqinə qatılanlar araşdırılır – Yeniyetmələrə də cəza veriləcək

Navalnıya dəstək mitinqinə qatılanlar araşdırılır – Yeniyetmələrə də cəza veriləcək
Moskvada Aleksey Navalnıya dəstək mitinqinə qatılan yeniyetmələr qeydiyyata alınır.

Sfera.az xəbər verir ki, Moskva Təhsil İdarəsinin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, yanvarın 23-də icazəsiz aksiyada iştirak etdiklərinə görə saxlanılan Moskva məktəbliləri qeydiyyata alına bilər.

"Bu məsələ hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Eyni zamanda məktəb şagirdlər tərəfindən törədilən istənilən inzibati xəta haqqında məlumat alır. Əsasnaməyə uyğun olaraq, bu cür şagirdlər məktəb daxilində qeydiyyata alınır və onların hər biri ilə fərdi profilaktik iş apasrılır”, - deyə qurumda qeyd ediblər.

Qurum tərəfindəın həmçinin vurğulanıb ki, şagirdlər psixoloq məsləhəti alır və onlarla "profilaktik söhbətlər” aparılır.

Rəsmilər mitinqdə iştirak edən yeniyetmələrin konkret sayını bilmir. Uşaq ombudsmanı Anna Kuznetsovanın sözlərinə görə, paytaxtda təxminən 70 nəfər, bölgələrdə isə üç yüzə yaxın adam saxlanılıb. Moskvada uşaq hüquqları üzrə müvəkkil Olga Yaroslavskaya bildirib ki, nəzarətə alınan yetkinlik yaşına çatmayanların hamısı valideynləri gələndən sonra evə buraxılıb, onlardan heç biri  tibbi yardım üçün müraciət etməyib.

Xatırladaq ki, ötən şənbə günü Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirildi. Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluq razılaşdırılmamış aksiyalarda iştiraka görə həm təşkilatçıların, həm də sıravi  iştirakçıların məsuliyyətə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq etsə də,  Aleksey Navalnının tərəfdarları insanları həmin mitinqlərdə iştirak etməyə çağırdı.

Bununla yanaşı, Baş Prokurorluq sosial şəbəkələrdə bu cür tədbirlərə edilən çağırışları bloklamağı tələb etmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, aksiyalarda iştiraka çağırış edənlər ”fəaliyyətləri hamıya yaxşı məlum olan təxribatçılardır”.

Etiraz aksiyalarının keçirildiyi günlərdə məktəblilərə xüsusi diqqət yetirilirdi - valideynlərdən övladlarını mitinqlərdən uzaq tutmağı xahiş edirdilər. Tələbələrə isə Kremldən bildirilmişdi ki, bu cür tədbirlərdə iştirak "təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən müxtəlif reaksiyalara səbəb ola bilər”.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...