Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?

Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?
2021-ci ildə planetimizin sakinləri Ayın tam tutulmasını, bir neçə meteorid axınını və Günəş sistemi planetlərini müşahidə edə biləcəklər.

Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks”a Rusiya Elmlər Akademiyasının Pulkovsk rəsədxanasından məlumat verilib.

Məlumata əsasən, Ayın tam tutulması mayın 26-da baş verəcək və 3 saat 8 dəqiqə davam edəcək. Maksimal faza Bakı vaxtilə saat 15:19-da müşahidə olunacaq.

"Ay tutulması günorta saatlarında baş verdiyindən onu yalnız Uzaq Şərq sakinləri görə biləcəklər. Həmin vaxt orada hava qaralacaq”, - deyə rəsədxanadan bildirilib.

İkinci Ay tutulması noyabrın 19-na təsadüf edəcək. Onun maksimal fazası Bakı vaxtilə saat 13:04-də olacaq. Hadisəni yalnız Şimali Amerika, Çukotka və Kamçatka ərazilərindən görmək mümkün olacaq.

İyunun 10-da Günəşin halqavarı tutulması baş verəcək. Rusiya və MDB ölkələri, həmçinin Kanada, Qrenlandiya sakinləri bu təbiət hadisəsinin müxtəlif fazalarını izləyə biləcəklər.

Həmçinin 2021-ci ildə 22 aprel, 6 may, 12 avqust, 8 oktyabr, 21 oktyabr, 17 noyabr və 14 dekabr tarixlərində Yer əhalisi meteorit axınlarını müşahidə edəcək.

Bununla yanaşı, may ayında səhər, oktyabr ayında isə axşam saatlarında Merkuri, avqust ayında Yupiter və Saturn, ilin ilk yarısında Mars, ikinci yarısında isə Venera planetlərini görmək mümkün olacaq.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...

Özünü xoşbəxtliyə necə proqramlaşdırmalı?

Elmi araşdırmalar göstərir ki, hər kəs öz əhvalını yaxşılaşdırmağı öyrənə bilər. Bunun üçün beyninizi məşq etməli olacaqsınız.   XX əsrdə hesab edili...