Səmranın finalda çıxış nömrəsi bəlli oldu

Səmranın finalda çıxış nömrəsi bəlli oldu

 

Mayın 14-də Stokholmun "Globe” arenasında "Eurovision-2016” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.

Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı "Eurovision-2016” mahnı müsabiqəsində "Miracle” mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq.

Təmsilçilərin səhnəyə çıxış ardıcıllıqları belədir:


1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan


OXŞAR XƏBƏRLƏR