Astarada külli miqdarda narkotik aşkarlandı - VİDEO

Kriminal
18:54 / 25.01.2021
2361
Dövlət Gömrük Komitəsinin əməkdaşları avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.
Bu barədə Sfera.az-a Dövlət Komitəsindən bildirilib.
Məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Reno" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə - tiryək yerləşdirildiyi məlum olub.
Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.