Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sfera.az azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir.

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.

***

Sevil Hacıyeva "Yanğı”, "Köhnə tramvay”, "De, kim eşitsin” kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.

***

Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan”la bağlıdır.
1993-cü ildə "Karvan” qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.

***

1988-ci ildə "Bakı Payızı- 88” müsabiqəsinin laureatlarından biri olub. "Yurmala” müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır. Daha sonra "Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.

***


Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.
Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

***

Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.
Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür.

***

Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills” məzarlığında torpağa tapşırılır.
 
(kulis.az)

OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...