İsrail BƏƏ-də səfirlik açdı

Dünya
12:03 / 25.01.2021
827
İsrail Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə səfirlik açıb.
Sfera.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirlik tam yerləşənədək müvəqqəti ofislərdə xidmət göstərəcək.
Eytan Naeh səfir təyin olunub və artıq vəzifəsinin icrası üçün Əbu-Dabiyə yollanıb. Rəsmi açılışın isə bir neçə gün içində baş tutacağı bildirilib.
Vurğulanıb ki, Əbu-Dabidə səfirliyin açılması 15 sentyabr 2020-ci ildə imzalanan əlaqələrin normallaşdırılması anlaşmasının tərkib hissəsidir.