Çayın koronavirusa inanılmaz təsiri: 10 saniyəyə... - Alimlər AÇIQLADI

Çayın koronavirusa inanılmaz təsiri: 10 saniyəyə... - Alimlər AÇIQLADI
Kioto Tibb Universitetinin alimləri qara çayın insan tüpürcəyindəki koronavirusu on saniyədə təsirsiz hala gətirə biləcəyini iddia edib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri "bioRxiv" vebsaytında dərc olunub.

İçkinin bu qabiliyyəti çay yarpaqlarında olan katexinlərin antioksidant tərkibi ilə əlaqələndirilib. Çay növündən asılı olaraq onlar fərqlənən digər bioloji aktiv birləşmələr meydana gətirirlər. Analiz üçün mütəxəssislər on saniyə ərzində bir tüpdə koronavirusa yoluxmuş beş nəfərin tüpürcəyini yaşıl və qara çayla qarışdırıb. Qara çayda virusun titri aşkarlanmayan səviyyəyə düşüb. Yaşıl çay nisbətən az effektivlik göstərib, lakin donorlardan birinin tüpürcəyində nəzarət şüşəsi ilə müqayisədə titr bir neçə dəfə azalıb.

Buna baxmayaraq, elm adamları çayın koronavirusun müalicəsi üçün istifadə oluna bilməyəcəyini qeyd edib. Çünki tərkibindəki bioloji aktiv maddələr bağırsaqlardan qana az hopur və onların konsentrasiyası virusu təsirsiz hala gətirmir.

"Çayda tannin adlı maddə var. Bu, güclü virusların və zülalların dağılmasına səbəb olan denaturatlaşdıran vasitədir. Odur ki, çay nə qədər istidirsə, tərkibində bir o qədər daha çox tannin olur və virusu təsirsiz hala gətirmə qabiliyyəti artır", - Moskva Dövlət Qida İstehsalat Universitetinin Biotexnologiya və Bioorqanik Sintez Məhsulları Texnologiyası kafedrasının eksperti bildirib.

Razumovski adına Moskva Dövlət Texnologiya Universitetinin kafedralarından birinin rəhbəri İqor Nikitin belə bir təsirin uzun müddət davam edə bilməyəcəyini əlavə edib.
 
(publika.az)

OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə AĞIR QƏZA - Yaralılar var

Kəlbəcər rayonunda yol qəzası baş verib.    Sfera.az xəbər verir ki, hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb. ...

Bu ölkədə həbsdə olan yazıçıların sayı ARTDI

Çində həbsdə olan yazıçıların sayı ilk dəfə olaraq 100-ü ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.   ...

Rusiya Ukraynanın iki vilayətinə hücuma hazırlaşır – Tarix AÇIQLANDI

Rusiya Xarkov və Sumi vilayətlərinə hücuma hazırlaşır.  Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis ...

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında MÜQAVİLƏ İMZALANDI

Energetika Nazirliyi və ACWA Power şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda ...

Ələ keçirilən NATO tankları Moskvanın mərkəzində - FOTO

Moskvanın mərkəzində Ukraynada vurulmuş NATO ölkələrinin tankları və zirehli maşınları sərgilənir.   Bununla bağlı Sfera.az-a açıqlama verən politolo...

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az xəbər verir ki, Kəlbəcər rayonu ərazisində...