Moskvadakı aksiyada 15 azyaşlı saxlanıldı

Dünya
20:11 / 23.01.2021
4139
Polis Moskvada keçirilən aksiya zamanı 15 nəfər yetkinlik yaşına çatmayan şəxsi saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Uşaq hüquqları üzrə komissarı Anna Kuznetsova bildirib. Onun sözlərinə görə saxlanılan uşaqlardan ən kiçikləri 9 və 12 yaşında olub.
Azyaşlılar artıq sərbəst buraxılıb və qanuni nümayəndələrinə təhvil verilib.