Salyanda saxlanılan vəzifəli şəxsə cinayət işi açıldı

Salyanda saxlanılan vəzifəli şəxsə cinayət işi açıldı
Pandemiya dövründə COVİD-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVİD-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də, tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

“Gözünü çıxarıb,üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...