Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər etdi

Dünya
23:19 / 22.01.2021
4024
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Gürcüstana qeyri-rəsmi səfər edib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani erməni həmkarı ilə Kaxeti bölgəsinin Tsinandali kəndində görüş keçirib.
Qeyri-rəsmi görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, əməkdaşlıqla bağlı cari gündəlik və əlaqələrin daha da dərinləşdirilməsi üzrə perspektivlər müzakirə olunub.