Britaniyada son sutkada 40 mindən çox yoluxma qeydə alındı

Dünya
22:36 / 22.01.2021
3659
Böyük Britaniyada son sutka ərzində 40 261 nəfər koronavirusa yoluxub.
Sfera.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 583 907 nəfərdir.
Son sutka ərzində 1401 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 95 981 nəfərə çatıb.