Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdi

Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdi
"Sosial mediada dərslərin niyə həftədə 3 dəfə keçirilməsi barədə suallar verilir”.

Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, pandemiyaya görə bir partada 2 şagird otura bilmir: "Buna görə də siniflər bölünür və artıq həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Pandemiya şəraitində ən vacib olan sıxlığın idarə olunmasıdır. Verilən qərarlar yaradıcılıqdan yox, zərurətdən yaranıb. Amma bütün məktəblərdə sıxlıq eyni deyil. Məktəblərin yarısında şagird sayı 20-dən çox deyil. Ölkədə cəmi 315 sinifdə 40-dan çox şagird var, o siniflərlə ciddi problemimiz olacaq. Amma bu siniflər ölkədəki şagirdlərin 0,4 faizini təşkil edir”. 

Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək. 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...