İspaniyadakı məşhur öküz güləşləri bu il keçirilməyəcək

İspaniyadakı məşhur öküz güləşləri bu il keçirilməyəcək
İspaniyadakı öküz güləşləri bu il də keçirilməyəcək. 
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Valdemorillonun bələdiyyə başçısı Santiaqo Villena xalqa müraciət edib. 

O, pandemiya səbəbilə 2021-ci ildə də  La Kandelaria arenasında öküz güləşlərinin baş tutmayacağını açıqlayıb. 

Bələdiyyə başçısı bildirib ki, bu qərar mövcud epidemioloji vəziyyət nəzərə alınaraq verilib. 

"San Blas 2021-ci il öküz döyüşü sərgisi bu il baş tutmayacaq. Ənənəni davam etdirə bilmədiyimiz üçün çox təəssüf edirik", - deyə bələdiyyə başçısı bildirib.

Ülvi 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR