İspan futbolçu tarixə düşdü

İspan futbolçu tarixə düşdü
İspaniyalı futbolçu David Barral tarixə düşüb.
 
Sfera.az xəbər verir ki, 37 yaşlı hücumçu transferi kriptovalyuta ilə gerçəkləşən ilk futbolçu olub.

O, İspaniyanın 3-cü divizion təmsilçisi "Rasinq”dən eyni liqada çıxış edən "İnternasional Madrid”ə keçib. Transferin bitkoynla reallaşması "İnternasional Madrid”in "Criptan” platforması ilə əməkdaşlığı sayəsində mümkün olub. Bu klubun sahibkarlarından biri də tanınmış qapıçı Tibo Kurtuadır.

Qeyd edək ki, veteran forvard karyerası ərzində "Kastilya”, "Levante”, "Qranada” və "Sportinq Xixon” kimi klublarda oynayıb.
 

OXŞAR XƏBƏRLƏR

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...