Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...
Türkiyənin Trabzon limanını idarə edən "Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

Sfera.az xəbər verir ki, Müzəffər Ermiş bu haqda "Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. "Trabzon limanının tranzit ticarətində önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, Trabzon limanından daha çox yük ötürə biləcəyik”, - o bildirib.

Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib:

"Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında ümid edirəm ki, Trabzon limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”. (Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...