\"Fənərbağça\" - \"Qalatasaray\" derbisinin vaxtı açıqlandı

15:01 / 20.01.2021
3400
Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.
Sfera.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.
"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.