ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel vəzifəsindən istefa verdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə onun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tvitterdə yayılmış yazılı bəyanatında deyilir.

"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və bizim gördüyümüz işlə çox fəxr edirəm, - Haspel qeyd edib.

Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub. O, istefasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, "Axios” portalı bundan əvvəl Cina Haspelin ötən il dekabrın əvvəllərində istefaya getməyə hazır olması barədə xəbər yaymışdı.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden MKİ-nin direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiyadakı keçmiş səfiri Uilyam Bernsin namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Daha əvvəl bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspeli və digər rəsmiləri vəzifələrindən uzaqlaşdıra bilər. Qeyd edilirdi ki, bu, MKİ-nin direktorunun dövlət başçısının ondan istədiyini etməmələri ilə bağlıdır. (Report)


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...