Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi
2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən "Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insidentin baş verdiyi barədə xəbər yayılıb.

Sfera.az-ın məlumatına görə, "Demirören Haber Ajansı” (DHA) xəbər verib ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

Nəticədə tərəflərdən biri - 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.

Məlumatda o da qeyd olunub ki, polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıblar.

Kriminal avtoritetin qardaşı Müşfiq Səlifov isə virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, Nadir Səlifovun qəbri üzərində atışma yox, intihar hadisəsi baş verib.

Onun sözlərinə görə, Əli Həşimov başqa bir kişi və iki qızla birlikdə kriminal avtoritetin məzarına baş çəkib. Kişilər arasında borca görə mübahisə yaranıb.

Əli Həşimov borcunu həyatı ilə ödəyəcəyini bildirib və daha sonra "Lotu Quli”nin məzarı üstündə özünü güllə ilə vurub. (virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

“Gözünü çıxarıb,üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...

Məşhur musiqiçi gecə klubunda şiddətli davaya görə həbs edildi - FOTO

Amerikalı musiqiçi Kris Braun London gecə klubunda kişiyə hücum etdiyi üçün həbs edilib. Polis onun bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə şəhərə gəldiyini öyr...

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...