"Facebook" Türkiyədə nümayəndəliyini açır

Maraqlı
21:36 / 18.01.2021
7670
Sosial media nəhəngi olan "Facebook" Türkiyədə nümayəndəliyinin açılması ilə bağlı qərar verdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, şirkət növbəti dövrdə təyin edəcəyi hüquqi şəxsi elan edəcək və işə başlayacaq.
"Qanundan təsirlənən digər şirkətlər kimi, yeni tənzimləmələrə uyğun olaraq, bir hüquqi şəxsin Türkiyədəki nümayəndəmiz olaraq, təyin edilməsinə qərar verdik", - "Facebook"dan bildirilib.