"Fondun bütün vəsaiti vaksinə gedəcək" - Azərbaycanda vurulan peyvəndlərin bir dozası neçəyə başa gəlir?

Bu gün ən çox müzakirə olunan mövzulardan biri də koronavirus vaksinləridir. Artıq bu gündən Azərbaycan vaksinləşmə prosesinin tətbiqinə başlayıb. Amma geniş ictimaiyyətdə Çinin "SinoVac” şirkətinə məxsus vaksinlə bağlı birmənalı fikir yoxdur. 

Qeyd edək ki, "SinoVac”ın istehsal etdiyi vaksin üç ölkədə klinik tədqiqatlarda istifadə olunub: Braziliya, Türkiyə və İndoneziya. Müvafiq olaraq effektivlik də 50, 91 və 97 % olub. Tibb mütəxəssisləri bu göstəriciləri heç də qeyri-effektiv saymır. Sadəcə, bu vaksinin ümumi nəticəsinə dair məlumatların dərc edilməməsinə diqqət çəkirlər. 

Maraqlıdır ki, Azərbaycan istifadə olunan "SinoVac” vaksinlərinin qiyməti də açıqlanmayıb.
 
Sfera.az xəbər verir ki, iqtisadçı ekspert Toğrul Vəliyev "SinoVac” vaksinləri ilə bağlı maraqlı məqamlar açıqlayıb.

Ekspertin fikrincə, "SinoVac” vaksinin bir dozasının qiyməti təxminən 30 manat civarındadır: 

"Bizimlə eyni tarixlərdə Ukrayna da "SinoVac” vaksinin alınmasına dair qərar verib. Ukraynada vəziyyət bir qədər başqadır. Orada "Lekxim" adlı şirkət çinlilər ilə artıq müqavilə imzalayıb və bu barədə məlumatı da açıqlayıb. Ukrayna artıq "SinoVac” ilə 5 milyon dozun alınmasına dair razılaşma əldə edib. Ukrayna hökuməti isə bu partiyadan 1,9 milyonunu alacaq. Müqaviləyə görə, 1 dozun qiyməti 504 qrivna (və ya 30,49 AZN) təşkil edib. Bir insana 21-28 gün ərzində 2 doz vurulur (yəni 60,98 AZN). Şirkətin məlumatına görə, bu qiymətdən yalnız 15 qrivna (0,91 AZN) onun mənfəətidir. Qalan vəsaitlər birbaşa maya dəyəri kimi hesablana bilər. Əslinə qalsa, Azərbaycana vaksinin Türkiyə vasitəsilə gəldiyini nəzərə alsaq, hardasa bizim üçün də qiyməti 30 AZN civarında olması normaldır. 4 milyon doz isə 120 milyon AZN deməkdir. Koronavirus ilə mübarizəyə dəstək fondunda isə 113 milyon manat yığılıb (onun 5 milyonluq hissəsi artıq COVAX-a xərclənib). Başqa sözlə Fondun bütün vəsaiti vaksinə gedəcək, hətta dövlət büdcəsindən dəstək də lazım olacaq. 
Bəs nəyə görə Ukrayna bu vaksini seçib?

Ukrayna şirkəti 4 səbəb açıqlayıb:

1. Təhlükəsizlik (vaksin köhnə qaydalara görə istehsal olunub. Yəni birbaşa olaraq virusu əldə ediblər və onu laboratoriya şəraitində inaktivasiyasını 
keçirdiblər (yəni öldürüblər). Misal üçün, poliomelitə, qripə, vəbaya və s. xəstəliklərə qarşı belə tipli vaksinlər istifadə olunur);
2. Effektivlik

3. Vaksinin daşıma şərtləri - misal üçün, Rusiyanın "Sputnik V”-sini daşımaq üçün daim -18C, "Pfizer” üçün isə -70C lazımdır. Normal dərman loqistikası isə +2..+8C arasında daşınma üçün qurulub. Yəni loqistikanı dəyişdirməyə ehtiyac yoxdur. Misal üçün, Rusiyada bununla bağlı problemdir. "Pfizer” isə əlavə konteynerlər ilə təmin olunmağa məcburdur.

4. SinoVac şirkətinin səhmləri ABŞ-da birjada var, heç bir Ukrayna şirkəti isə orada yoxdur - maraqlı səbəbdir.

OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...