Azərbaycan Ermənistanı “Eurovision”dan kənarlaşdırmağı tələb etdi

Azərbaycan Ermənistanı “Eurovision”dan kənarlaşdırmağı tələb etdi

 

"Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və "Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib”.

Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev deyib.

C.Quliyev bildirib ki, Ermənistan beynəlxalq hüquqazidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır:

"İTV rəhbərliyi Avropa Yayım Birliyindən və "Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqazidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”.


OXŞAR XƏBƏRLƏR