Zaur Əliyev: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”

Cəmiyyət
12:10 / 18.01.2021
1639
"Koronavirus infeksiyasına qarşı vaksinasiya qısa müddətdə öz təsirini göstərəcək”.
Bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, vaksinasiyanın başlaması ilə Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq:
"Vaksinasiyaya ilk növbədə tibb işçiləri cəlb olunacaq. Güman edirəm ki, bu vaksin ölkəmiz üçün uğurlu və xeyirli olacaq”.
(oxu.az)