Ramin Bayramlıya da peyvənd vuruldu - CANLI YAYIM

11:15 / 18.01.2021
2058
Xəbər verdiyimiz kimi bu gün vaksinasiya olunacaq ilk şəxslərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıdır.
Sfera.az bildirir ki, hazırda Ramin Bayramlıya peyvənd tətbiq olunub.
Həmin anlar "İctimai TV"nin canlı efirində yayımlanıb.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
Ülvi
Sfera.az