Qurban Qurbanovdan transfer açıqlaması

Qurban Qurbanovdan transfer açıqlaması
"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək".

Sfera.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, oyunçuların hazırlıq səviyyələrində fərqlər var: "Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır. Maksimum çalışırıq ki, bunları tezliklə aradan qaldıraq və futbolçular oyuna bacardığımız qədər hazır formada çıxsınlar".

Qurbanov həmçinin transferlərlə bağlı problemlərin mövcudluğunu diqqətə çatdırıb: "Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib. Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son bir il ərzində bu, pandemiyaya görə daha da çətinləşib. Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, aınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir". Baş məşqçinin sözlərinə görə, indiyədək transferlər edə bilməmələrinin fərqli və bir çox səbəbi va: "Biz istəyirik, lakin özümüzdən asılı olmayan səbəblər var".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasnın XIV turunda "Sabah"ın qonağı olacaq. Görüş yanvarın 21-də "Bank Respublika Arena"da keçiriləcək. (Report)

OXŞAR XƏBƏRLƏR

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...