Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları

Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları
Azərbaycanın ixrac etdiyi əsas yeyinti məhsullarının həcmi və ixrac dəyəri açıqlanıb.

Sfera.az-ın Dövlət Kömrük Komitəsindən əldə etdiyi məlumata görə, ümumilikdə qeyri neft-qaz məhsulları üzrə ixrac dəyəri 1 milyard 851,3 milyon dollar olub.

Meyvə-tərəvəz - ötən il 607,5 milyon dollar dəyərində 606,6 min ton həcmində meyvə-tərəvəz ixrac edilib. İxrac dəyəri 0,3 faiz artsa da, ixrac həcmi isə 3,5 faiz azalıb.

O cümlədən, 2020-ci ildə 201,4 milyon dollar dəyərində 187,5 min ton tomat ixrac edilib. 2019-cu ilə nəzərən onun ixrac dəyəri 6,4 faiz, ixrac həcmi isə 7,4 faiz artıb.

Bu dövr ərzində 116,3 milyon dollar dəyərində 18,9 min ton meşə fındığı ixrac edilib. 2019-cu il göstəriciləri ilə müqayisədə ixrac dəyəri 7,4 faiz, 16,6 faiz azalıb.

Həmçinin, 29,5 milyon dollar dəyərində 72,1 min ton alma ixrac edilib. Əvvəlki illə müqayisədə fındığın ixrac dəyəri 24,4 faiz, ixrac həcmi isə 25,6 faiz azalıb.

Eləcə də, 91,6 milyon dollar dəyərində 125,8 min ton xurma ixrac edilib. Onun ixrac dəyəri 12,5 faiz, ixrac həcmi isə 13,9 faiz faiz azalıb.

Şəkər - 26,9 milyon dollar dəyərində 60,6 min ton şəkər ixrac edilib. 2019-cu ilin göstəricilərinə nisbətən məhsulun ixrac dəyəri 0,1 faiz artsa da, ixrac həcmi isə 2,3 faiz azalıb.

Bitki və heyvan mənşəli piy və yağlar - 24,7 milyon dollar dəyərində 24,8 min ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib. Bu məhsulların ixrac dəyəri 34 faiz, ixrac həcmi 37,2 faiz artıb.

Çay - 9,6 milyon dollar dəyərində 1,4 min ton çay ixrac edilib. Onun ixrac dəyəri əvvəlki illə müqayisədə 0,5 faiz, ixrac həcmi isə 9,8 faiz azalıb.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...