Bakının mərkəzində DƏHŞƏTLİ İNTİHAR
Hadisə
08:55 / 11.05.2016
3112
Bakının Nəsimi rayonunda intihar hadisəsi qeydə alınıb.
Sfera.az report-a istinadən bildirir ki, R.Səfərov küçəsində Şəki rayon sakini 30 yaşlı Pavel Mixayloviç Yarullin anası Faniya Borisovna Zadorinanın yaşadığı evdə özünü öldürüb.
Belə ki, o, əvvəlcə hamam otağında bıçaqla qollarını kəsib. Daha sonra evin ikinci mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat tədbirləri keçirilir.