Koronavirusdan ölənlərin sayı 2 milyonu keçdi

Dünya
10:48 / 15.01.2021
951
Dünya üzrə koronavirusdan həyatını itirənlərin sayı 2 milyonu ötüb.
Sfera.az "worldometers” portalına istinadən xəbər verir ki, pandemiyanın başlanğıcından etibarən dünya üzrə 93 milyon 536 min 554 nəfər koronavirusa yoluxub, 2 milyon 2 min 465 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Ölüm və yoluxma hallarının sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Belə ki, ştatlar üzrə bu günə qədər 23 milyon 848 min 410 yoluxma faktı, 397 min 994 ölüm halı qeydə alınıb.
ABŞ-dan sonra virusa yoluxma üzrə ilk beşlikdə yer alan ölkələr: Hindistan (10,528,508), Braziliya (8,326,115), Rusiya (3,495,816) və İspaniya (3,260,258).
Dünya üzrə koronavirusdan sağalanların sayı isə ümumilikdə 66 milyon 835 min 146 nəfər təşkil edir.