Hərbçilərimizin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı

Hərbçilərimizin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı
Xəbər verdiyimiz kimi, Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobilin qəzaya düşməsi nəticəsində Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Sfera.az xəbər verir ki, Respublika Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib:

"İzahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib".

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək", - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...