Əli Həsənov yır-yığış edir? - Məşhur passajı satışa çıxardı

Əli Həsənov yır-yığış edir? - Məşhur passajı satışa çıxardı
Bakının məşhur məkanlarından olan "Kitab passajı” satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, bu barədə Axar.az-a məlumat verən mənbənin bildirdiyinə görə, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, "Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan "Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.

"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir.

Həmçinin o da qeyd edilir ki, son aylara qədər "Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.

Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən "Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.

Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİV DF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...