Çində 8 aydan sonra ilk ölüm

13:17 / 14.01.2021
2043
Çində may ayından bu yana ilk dəfə koronavirusdan ölüm faktı qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada 138 nəfər koronavirusa yoluxub. Bu mart ayından indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.
Hazırda Çində yenidən bir sıra qadağalar tətbiq olunmağa başlanılıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Çinin Uhan şəhərindədir. Heyət virusun mənbəyini araşdırmaq üçün bir ay orada olacaq.
Ülvi
Sfera.az