Millimizin futbolçusu Niderland klubunda

Millimizin futbolçusu Niderland klubunda
"Sabah” Futbol Klubu və Niderlandın "Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsilə bağlı razılıq əldə olunub.

Sfera.az  xəbər verir ki, müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderland 2-ci liqa təmsilçisində çıxış edəcək.

Ozan Can Kökcü 2019-cu ilin yayından "Sabah”ın uğurları üçün çalışır. Bu müddətdə komandamızın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, "göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb. Azərbaycanın U-21 millisinin də əsas üzvlərindən olan Ozan Canın icarəyə verilməsində onun Avropa təcrübəsi qazanması və özünü inkişaf etdirməsi perspektivləri əsas götürülüb.

Kökcü klubumuzun saytına keçidlə bağlı fikirlərini bildirib:

"Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum "Sabah” FK-nı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. "Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram.

Mənə daim dəstək olan "Sabah” FK ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəm.

Doğma klubuma uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR

“Hələ də oğlumun məzarına gedə bilməmişəm...” - Xəyyamın anası

"Xəzər axşamı" komandası mərhum meyxanaçı Xəyyam Əhmədlinin ailəsinə baş çəkib.   Sfera.az xəbər verir ki, sənətçinin anası Zöhrə Quliyeva ...

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...