Ermənistanın atom silahı xülyası - Türkiyə və Azərbaycan hansı addımı atacaq?

Ermənistanın atom silahı xülyası - Türkiyə və Azərbaycan hansı addımı atacaq?
"Müharibədə ağır məğlubiyyət erməni siyasətçilərin olan-qalan ağıllarını da itirib. Deməli "Çiçəklənən Ermənistan” partiyasının deputatı, parlamentin regional məsələlər və inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Mikael Melkumyan infrastruktur nazirinin müavini Akop Vardanyandan soruşub ki, Metsamor atom elektrik stansiyasının radioaktiv tullantılarından ölkənin müdafiə qabiliyyətini yüksəltmək üçün istifadə etmək olarmı? Başqa sözlə erməni deputat soruşmaq istəyib ki, Ermənistan atom silahı yarada bilərmi?".

Sfera.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, nazir müavininin deputata nə cavab verdiyi barədə məlumat yoxdur. Buna baxmayaraq, atom silahı mövzusu erməni siyasi dairələrin və medianın diqqətini çəkib:

"Müharibədən sonra açıq etiraf ediblər ki, Ermənistan Azərbaycan və Türkiyə qarşısında gücsüzdür və təkbaşına bu iki dövlətlə bacara bilməyəcək. Digər tərəfdən onu da etiraf ediblər ki, müttəfiqləri Rusiya və Fransa Ermənistanı məğlubiyyətdən xilas etmədi. Ona görə də Ermənistan xilası haqqında təkbaşına düşünməli və bu məqsədlə atom silahı əldə etmək üçün çalışmalara başlamalıdır. Yazırlar ki, guya atom silahı əldə etmək üçün Ermənistanın kifayət qədər mütəxəssisi var, gərəkli maliyyəni isə dost dövlətlərdən əldə etmək mümkündür. Onu da hesab edirlər ki, Fransa və Rusiya onları məğlubiyyətdən xilas etməsə də Bakı və Ankaranı durdurmaq üçün Ermənistana atom silahı əldə etmək üçün dəstəklərini əsirgəməyəcəklər. Bunun ardınca təhdid fikirlərini də yayıblar: "Əgər Azərbaycan torpaqlarımızı geri qaytarmasa, atom silahından istifadə etməliyik”.

Sərsəmləyirlər. Ancaq bu sərsəmləmə parlamentdə dilə gətirilib və geniş müzakirələrə səbəb olub".

Ekspert qeyd edib ki, Ermənistanın atom silahı əldə etməsi xülya kimi qiymətlənsdirilsə də, qonşu dövlətdəki bu müzakirələrə diqqət etməliyik:

"Azərbaycanda atom silahı heç zaman müzakirə mövzusu olmayıb. Ancaq əgər düşmənin bu haqda düşünür və müzakirələr açırsa  sən də bunun qarşısını almağın yolları barədə düşünməlisən. Atom silahına qarşı əsas silah isə elə qarşındakının da eyni silaha yiyələnməsidir. ABŞ – SSRİ, Hindistan – Pakistan və İsrail – İran qarşıdurmaları da bundan xəbər verir. Türkiyə də atom silahı haqqında ciddi düşünür".

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...