Estoniya Baş naziri istefa verdi

Estoniya Baş naziri  istefa verdi
Estoniya Baş naziri, Mərkəz Partiyasının lideri Yuri Ratas partiyanın imicinə xələl gətirən korrupsiya qalmaqalı səbəbi ilə istefa verdiyini açıqlayıb.

Sfera.az  xəbər verir ki, Yuri Ratas bu barədə öz Feysbuk hesabında açıqlama yayıb. 

"Siyasətdə çətin vəziyyətləri həll etmək üçün çox çətin seçim etməli olursan. İndiki vəziyyətdə dəyərlərimə əsaslanaraq, Estoniya Respublikasının Baş naziri vəzifəsindən istefa qərarını verdim. Bu qərar idarə heyəti və Mərkəz Partiyası fraksiyası və həm də ən yaxın həmkarlarım ilə məsləhətləşmələrdən sonra verildi. Fərqli həll yolları mümkün görünürdü, ancaq bunlardan yalnız biri düzgündür”,- deyə Ratas qeyd edib.

Estoniya Prokurorluğu və Təhlükəsizlik Polisi (KAPO) Mərkəz Partiyasının üzvlərinin korrupsiya cinayətlərinə dair şübhələr təqdim edib. Şübhəli şəxslər arasında partiya sədri Mixail Korb, maliyyə naziri Kersti Kraxtın müşaviri, iş adamı Hillar Teder və adları hələ açıqlanmayan digər iki şəxsin olduğu bildirilib.

Qeyd edilib ki, Mixail Korb Tallin meriyasındakı təsirindən istifadə edərək, Tederlə əlaqəli "Porto Franco” firmasına Tallində tikiləcək bir obyekt üçün yol tikmək imkanı təmin edəcək. Əvəzində isə Hillari Teder Mərkəz Partiyasına seçkilərə kimi 1 milyon avroya qədər ianə edəcəyini vəd edib.

Bununla yanaşı maliyyə naziri Kersti Kraxtın müşaviri də Tederə nazirlikdəki təsirindən istifadə edərək "Porto Franco” şirkətinə güzəştli şərtlərlə dövlət krediti verilməsini təmin edəcəyi ilə bağlı vəd verib.

Şübhələrə görə, Kraxt bu xidmətlərə görə Tederdən rüşvət əldə etməli idi. Lakin Teder və Kraxtın Estoniya təhlükəsizlik polisi tərəfindən saxlanılması səbəbindən bu əməliyyat baş tutmayıb.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...