Trampın "YouTube" hesabı da bağlandı

Maraqlı
10:40 / 13.01.2021
2696
"Facebook" və "Twitter" platformalarından sonra "YouTube" da ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabını bloklayıb.
Sfera.az xəbər verir ki, şirkətdən verilən açıqlamada dövlət başçısının Konqresə hücum hadisələrində şiddəti təhrik etdiyi üçün belə bir addım atıldığı bildirilir.
Trampın hazırda 2,77 milyon abunəçisinin olduğu hesab ən az 1 həftə bağlı qalacaq.