Gürcüstan əhalisinə “Pfizer” vaksini vurulacaq

Dünya
15:55 / 12.01.2021
1751
Gürcüstan əhalisinə "Pfizer” vaksini vurulacaq
"Yaxın zamanlarda Gürcüstan sakinləri koronavirusa qarşı "Pfizer” vaksini ilə peyvənd olunacaqlar”.
Sfera.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşdə bildirib.
Nazir səfiri Gürcüstandakı epidemioloji vəziyyət barədə məlumatlandırıb. Tərəflər pandemiya ilə mübarizə və vaskinasiya məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20 %-i üçün peyvənd alacaq. Preparatın ölkəyə gələn ay çatdırılacağı gözlənilir.