Azərbaycan finala keçməyə bilər - “Eurovision” tarixində ilk dəfə

Azərbaycan finala keçməyə bilər - “Eurovision” tarixində ilk dəfə

Ötən gün "Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinal iştirakçılarının əsas məşqi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, "Globen-Arena”da çıxışları münsiflər heyəti izləyib, finala keçəcək 10 ölkənin adını sıralayıblar.

Xatırladaq ki, səsvermə həm münsif, həm də SMS vasitəsiylə bəlli olur. SMS-lər canlı yayımda açıqlanır, münsif səsləri isə bir gün qabaq müəyyənləşdirilir.

Ötən gün həyata keçən müsabiqədə Rusiya münsiflərindən olan Anastasiya Stotskaya "Periscope” səhifəsində Avropa Yayım Birliyi (EBU) qaydalarını pozub. Rusiyalı münsif səhvən canlı yayım edərkən səs verdiyi siyahını göstərib. Siyahıda münsifin Niderland" iştirakçısına yüksək bal verdiyi ortaya çıxıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 14-cü sırada qızılı rəngli geyimlə səhnəyə çıxıb.

Səhhətində ciddi problemi olan müğənni əvvəlki ifalarından fərqli olaraq uğurlu çıxış edib.

Azərbaycanın rəsmi "Eurovision” fan klubu olan "İNFE Azerbaijan” Azərbaycanın final şansının çox az olduğunu, nümayəndə heyətinin ruh düşkünlüyü yaşadığını iddia edib.

Həmçinin, məşhur "Eurovision" xəbərlərini yayımlayan eurovoix.com portalı da belə bir iddia irəli sürüb.

Sayt qeyd edir ki, Səmra Rəhimli Azərbaycanı finaldan məhrum edən ilk müğənni olacaq. 

Qeyd edək ki, S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle” mahnısı ilə təmsil edəcək.

"Eurovision 2016”nin birinci yarımfinalı bu gün, ikinci yarımfınalı mayın 12-də, final isə 14-də baş tutacaq.


OXŞAR XƏBƏRLƏR

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...