Koronavirusun daha bir təhlükəli növü Rusiyada aşkarlandı

Koronavirusun daha bir təhlükəli növü Rusiyada aşkarlandı
Rusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.

Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.

Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.

Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.

"Sputnik V" koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.

Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib. (Report)

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...