Koronavirus zamanı bu simptom ölümün riskini 44% artırır

Koronavirus zamanı bu simptom ölümün riskini 44% artırır
Koronavirusun ən yayılmış simptomu yüksək qızdırmadır. Lakin bəzən koronavirus xəstəsində qızıdırma nəinki qalxmır, əksinə kəskin düşür.

Mütəxəssislər bildirirlər ki, bu çox təhlükəli simptomdur. Həkimlərin müşahidələrinə görə, qızıdırması aşağı olan koronavirus xəstələri 44% hallarda ölür.

Sfera.az bildirir ki, koronavirus zamanı qızıdırmanın düşməsi orqanizmdə gedən ciddi patoloji proseslərə işarə edir.

"Qırmızı zona”da işləyən həkim Maksim Yudiçevin sözlərinə görə, koronavrus zamanı 35,5 və daha aşağı bədən hərarəti xüsusilə təhlükəli simptomdur. Bu ona işarə edir ki, zəif immun sistemi orqanizmə düşən virusa qarşı mübarizə aparmır, sanki ona "təslim olub”. Bildiyimiz kimi, koronavirusun əsas "dərmanı" məhz immunitetdir. İmmun sistemi yaxşı işləmədikdə virus orqanizmdə sürətlə yayılır və onu məhv edə bilər.

Aşağı hərarət koronavirusun ən ağır fəsadı olan kəskin respirator distress-sindromunun inkişafına da işarə edə bilər. Distress-sindrom zamanı ağciyərin böyük hissəsi zədələnir və ağır nəfəsalma çatışmazlığı yaranır ki, bu da xəstənin ölümünə səbəb ola bilər.  

Bütün bunları nəzərə alaraq həkimlər koronavirus xəstələrinə qızıdırmanı tez-tez ölçməyi və qızdırmanın kəskin aşağı düşməsi zamanı vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər./Saglamolun.Az/

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...